Bu gün bütün binalar isti olacaq

bu-gun-butun-binalar-isti-olacaq
Oxunma sayı: 1318

Bu günün sonunadək paytaxt ərazisindəki bütün mənzillər istiliklə təmin olunacaq. 

Bu haqda “Qafqazinfo”ya məlumatı “Azəristiliktəchizat”ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev verib. O bildirib ki, qazanxanalar  bu günə kimi növbəli şəkildə işə salınırdı. Ancaq bu gün prosesin tamamlanması gözlənilir:

““Azərqaz”a da bildirmişik ki, işləri sürətləndirsinlər. Onlar tənzimləmələr apardıqca, biz qazanxanaları işə salırıq. Hər qazanxana qoşulduqda onlar mənbədən təziqi artırmalıdılar ki, digər qazanxanaları da işə salaq. Yəqin ki, bu günün sonuna qədər hər şey qaydasına düşər”.