Bu gün Çempionlar Liqasının daha 7 görüşü keçiriləcək

bu-gun-cempionlar-liqasinin-daha-7-gorusu-kecirilecek
Oxunma sayı: 651

"Tvente", "Malmö" və "Genk" qələbə qazandıqları halda, "Dinamo" (Kiyev) gözlənilmədən öz meydanında "Rubin"ə 0:2 hesabı ilə məğlub olub. Qalan 3 görüş isə heç-heçə başa çatıb.

Ötən mövsüm "Qarabağ"ın Avroliqanın III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Polşanın "Visla" klubu səfərdə Bolqarıstan "Liteks"inə qalib gəlməyi ilə diqqət çəkib.

Təmsilçimiz "Neftçi"ni mübarizədən kənarlaşdıran Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu isə meydana sabah çıxacaq. Zaqreb təmsilçisi səfərdə Finlandiyanın HİK klubunun qonağı olacaq.

Bu axşam isə daha 7 qarşılaşma keçiriləcək. Azərbaycan tamaşaçısını yaxından maraqlandıran daha bir görüş isə Portuqaliyada baş tutacaq. Burada yerli "Benfika" klubu Türkiyənin "Trabzonspor" komandasını qəbul edəcək.

Qeyd edək ki, bu cütlüklər arasında cavab qarşılaşması avqustun 2-3-də keçiriləcək.


27 iyul

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları

21:00. HJK (Finlandiya) – "Dinamo" (Xorvatiya)

23:00. "Kopenhagen" (Danimarka) - "Şamrock Rovers" (İrlandiya)

23:00. "Odense" (Danimarka) - "Panatinaykos" (Yunanıstan)

23:05. "Makkabi" (Hayfa, İsrail) - "Maribor" (Sloveniya)

23:15. "Standard" (Belçika) - "Zürix" (İsveçrə)

23:45. "Benfika" (Portuqaliya) - "Trabzonspor" (Türkiyə)

23:45. "Rusenborg" (Norveç) - "Viktoriya" (Çexiya)