Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunları var

bu-gun-cempionlar-liqasinin-ikinci-tesnifat-merhelesinin-oyunlari-var-
Oxunma sayı: 720

Təmsilçimiz "Neftçi"nin oyunu ilə yanaşı bu axşam daha 11 qarşılaşma baş tutacaq. Qalan 5 görüş isə sabah keçiriləcək.

Qeyd edək ki, ötən həftə baş tutan görüşlərdə favorit komandaların əksəriyyəti böyükhesablı qələbə qazanmışdı. Ona görə də, bu axşam baş tutacaq bir neçə oyun formal xarakter daşıyacaq.

Bununla belə, bu axşamkı görüşlərdən sonra III təsnifat mərhələsinə yüksələcək komandaların adlarına aydınlıq gələcək. İlk görüşdə rəqibinə 0:3 hesabı ilə məğlub olan "Neftçi"nin də taleyi bu axşam həll olunacaq.


19 iyul

Çempionlar Liqasının ikinci təsnifat mərhələsi


20:45. "Flora" (Estoniya) - "Şamrok Rovers" (İrlandiya) (ilk oyun 0:1)
21:00. "Dudelang" (Lüksemburq) - "Maribor" (Sloveniya) (0:2)
21:00. "Tobol" (Qazaxıstan) - "Slovan" (Slovakiya) (0:2)
21:00. "Neftçi" (AZƏRBAYCAN) - "Dinamo" (Xorvatiya) (0:3)
21:00. "Ekranas" (Litva) - "Valletta" (Malta) (3:2)
21:00. HJK (Finlandiya) - "Banqor Siti" (Uels) (3:0)
21:00. BATE (Belarus) - "Linfild" (Şimali İrlandiya) (1:1)
22:00. "Liteks" (Bolqarıstan) - "Moqren" (Çernoqoriya) (2:1)
23:00. "Torşavn" (Farer adaları) - "Malmö" (İsveç) (0:2)
23:15. "Viktoriya" (Çexiya) - "Pünik" (Ermənistan) (4:0)
23:30. "Visla" (Polşa) - "Skonto" (Latviya) (1:0)
23:45. "Skendiya" (Makedoniya) - "Partizan" (Serbiya) (0:4)