Bu gün daha iki cüdoçumuz mübarizə aparacaq

bu-gun-daha-iki-cudocumuz-mubarize-aparacaq
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, kişilər arasında 73 kg kategoriyalı Renat Mirzəliyev Mavrikiya adasının təmsilçisi Paulin Mak Leon ilə 15-ci sırada görüşəcək. Qadınlar arasında isə 57 kg kategoriyalı idmançımız Kifayət Qasımova Haitini təmsil edən Jan Batist ANJ Mersi adlı idmançıyla 10-cu sırada yarışacaq.
Xatırladaq ki, dünya çempionatının 1-ci günündə 60 kq çəki dərəcəsində olan Muşkiyev İlqar bürünc medal qazanıb. Qeyd edək ki, təsəlliverici yarışda həmyerlimiz erməni mənşəli Rusiya Federasiyasının idmançısı Rasten Galstyana qalib gəlib.

Məlumat üçün bildirək ki, 136 ölkədən 950-yə yaxın idmançının qüvvəsini sınadığı yarışda 1-ci yerin sahibləri 500 lisenziya xalı qazanacaqlar. İkinci yer 300 xal, 3-cü yer 200 xal, 5-ci yer 100 xal, 7-ci yer 80 xal, 1/16 yer 60 xal, 1/32-ci yer 40 xal qazandıracaq.