Bu gün DÇ-2018-də dörd oyun keçiriləcək - Siyahı

bu-gun-dc-2018-de-dord-oyun-kecirilecek
Oxunma sayı: 4150

Rusiyadakı futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, qarşılaşmalar C və D qruplarında ilk tura təsadüf edəcək.

İlk görüş Kazanda Fransa və Avstraliya arasında təşkil olunacaq.

C qrupunun növbəti görüşü Saranskdakı “Mordoviya Arena”da Peru və Danimarka arasında olacaq.

Günə isə D qrupunun Xorvatiya - Nigeriya matçı ilə yekun vurulacaq.

C qrupu

14:00. Fransa - Avstraliya

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)
Kazan, “Kazan Arena”

D qrupu

17:00. Argentina - İslandiya

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa), Vilmar Roldan, Aleksander Quzman (hər ikisi Kolumbiya)

Moskva, “Spartak” stadionu

C qrupu

20:00. Peru - Danimarka
Hakimlər: Bakari Qassama (Qambiya), Jan-Klod Birumuşahu (Burundi), Abdelhak Etçiali, Mehdi Abid Şaref (hər ikisi Əlcəzair), Anuar Hmila (Tunis)
Saransk, “Mordoviya Arena”

D qrupu

23:00. Xorvatiya - Nigeriya
Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Antonio Maryö Lahoz, Pau Sebrian Devis (hər ikisi İspaniya)
Kalininqrad, “Kalininqrad” stadionu.