Bu gün də imtahan oldu

Bu gün də imtahan oldu
Oxunma sayı: 1329

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçirib.
 
DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub.
 
İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb. İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun həyata keçirilib. İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, sınaq imtahanının məqsədi  bakalavrlara münasib vaxtda qapalı və açıq formalı test tapşırıqları vasitəsi ilə onların verbal və riyazi məntiqini, fəza təfəkkürünü , İKT və xarici dil üzrə bilik, bacarıq və vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi