Bu gün də qəzasız ötüşmədi

bu-gun-de-qezasiz-otusmedi-
Oxunma sayı: 917


İyulun 19-da Nərimanov rayonu S.Quliyev küçəsində Bakı şəhər sakini Minas Əliyev Abşeron rayon sakini Rahib Şahbazova bıçaq xəsarətləri yetirib və o, aldığı xəsarətdən hadisə yerində ölüb. M.Əliyev könüllü olaraq Sabunçu RPİ 13-cü PB-yə gələrək təslim olub. 

İyulun 20-i saat 00:30 radələrində Suraxanı rayonu Dədə Qorqud yaşayış sahəsində İlham Eyvazovun idarə etdiyi «VAZ-2107» və Elsevər Xanbatovun idarə etdiyi «Volksvagen-Passat» markalı avtomobillər toqquşub. Nəticədə, «VAZ-2107» markalı avtomobilin sərnişini Rövşən Qasımov hadisə yerində ölüb, İ.Eyvazov və «Volksvagen» markalı avtomobilin sərnişini Aytac Xanbatova 3 saylı xəstəxanaya yerləşdiriliblər. 

İyulun 20-si saat 03:40 radələrində Suraxanı rayonu Zığ yolunda Bakı şəhər sakini Əmiraslan Əhmədov idarə etdiyi «Hyundai-Elantra» markalı avtomobili maneəyə vurub. Ə.Əhmədov 3 saylı xəstəxanaya daxil olub və orada ölüb. 

İyulun 19-u saat 09:40 radələrində Xətai rayonu Y.Səfərov küçəsində Tofiq Nəsirov idarə etdiyi «Mercedes» markalı yük avtomobili ilə Yusif Rəhimovu vurub. Y.Rəhimov KTM-ə daxil olub və orada ölüb. 

Mayın 28-də Nəsimi rayonu M.Qutqaşınlı küçəsində Emin Mirzəyevə məxsus «Ford» markalı avtomobildən açıq qapıdan keçməklə iki ədəd mobil telefon oğurlanıb. DİN BCAİ və Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Nüsrət Tağıyev tutulub. 

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ziyad Nurullayev saxlanılıb.