Bu gün dəhşətli isti olacaq

bu-gun-dehsetli-isti-olacaq
Oxunma sayı: 642

Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 24-26 dərəcə isti, gündüz 35-39 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcəyədək isti, dağlarda gecə 15-19 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif cənub küləklərinin üstünlüyü, temperaturun yüksələcəyi gözlənilir.

Nigar Məmmədli