Bu gün deputatlarımız Ermənistana gedir

bu-gun-deputatlarimiz-ermenistana-gedir
Oxunma sayı: 636

“Qafqazinfo” xəbər verir ki, onlar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 39-cu plenar iclasında iştirak edəcəklər. Nümayəndə heyətinə Asəf Hacıyev, Musa Quliyev və Jalə Əliyeva daxildir. İrəvanda keçiriləcək iclasın gündəliyinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə vergi sisteminin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair razılaşmanın yerinə yetirilməsi, fasiləsiz təhsil sisteminin tətbiqi, uşaqların hüquqlarının müdafiəsi, üzümçülük və şərabçılığın inkişaf perspektivləri barədə məsələlər daxil edilib.