Bu gün dünyanın ən uzun uçuşu həyata keçiriləcək

bu-gun-dunyanin-en-uzun-ucusu-heyata-kecirilecek
Oxunma sayı: 3184

“Singapore Airlines” bu gün dünyanın ən uzun reysini – Sinqapur-Nyu-York uçuşunu həyata keçirəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 15 min kilometr məsafə 19 saata qət edəcək. Uçuş üçün “Airbus A350-900 ULR”dən istifadə olunacaq. Təyyarənin 67 biznes-klass, 94 premium-ekonom yeri mövcuddur. 

Xatırladaq ki, “Singapore Airlines” bənzər uçuşu 2004-cü ildə yerinə yetirib. Ancaq uçuşlar yüksək xərclər üzündən 2013-cü ildən dayandırılmışdı.