Bu gün “El Klasiko” var

bu-gun-el-klasiko-var
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, İspaniyada növbəti “El Klasiko” , “Real” Madrid və “Barselona” oyunu keçiriləcək. 1902-ci ildən bəri keçirilən bu möhtəşəm futbol qarşılaşması bütün idman dünyasını daim maraqda saxlamağı bacarır. İspaniyanın paytaxtı və mərkəzi sayılan Madridlə, iqtisadiyyat, dəb ,incəsənət və sözsüz ki, futbol şəhəri sayılan Barselona arasında hər zaman hər istiqamətdə mübarizə özünü göstərib. İndiyənə kimi 222 dəfə üz-üzə gələn bu iki klubun demək olar ki, göstəriciləri eynidir. Belə ki, 222 oyundan 88-ni “Real” Madrid, 87-ni isə “Barselona”qazanıb. 47 dəfə isə “El Klasiko” da qalib məlum olmayıb.

İqbal