Bu gün havamız xoş olcaq

bu-gun-havamiz-xos-olcaq
Oxunma sayı: 643

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 1-dən 3-dək Bakı və Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Yanvarın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Bakıda gecə 0-2° isti, gündüz 6-8° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 1-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda 7-12° şaxta, gündüz 1-6° isti olacaqdır.