Bu gün İran bayram edir

bu-gun-iran-bayram-edir
Oxunma sayı: 644

Trend-in məlumatına görə, İran KİV xəbər verir.

1979-cu il martın 30-da və 31-də keçirilən iki günlük ümummilli referendumun gedişində iranlıların 98,2 faizi ölkədə sistemin dəyişdirilməsi lehinə səs veriblər.

Nəticədə 1979-cu il aprelin 1-də İran İslam Respublikası elan edildi və yeni İran İslam Respublikası adını aldı.

Bu hadisə 1979-cu ilin fevralında sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələnən islam inqilabından sonra baş verib.

Ölkənin Müşahidə Şurasının xüsusi bəyanatında deyilir ki, bu hadisə "İran və bütün dünya üçün mühüm idi. O, ölkənin tarixində və islam tarixində yeni fəsil açdı".

Bu il İran İslam Respublikası 32-ci illiyini qeyd edir. Bu bayram günlərində ölkənin hər yerində kütləvi şənliklər keçirilir.