Bu gün İranda seçkilərin ikinci turudur

bu-gun-iranda-seckilerin-ikinci-turudur
Oxunma sayı: 642

Parlamentdə qalan yerlər uğrunda 130 namizəd mübarizə aparır.

Xatırladaq ki, parlament seçkisinin birinci turunda İran prezidenti Mahmud Əhmədinejadın mühafizəkar rəqibləri yerlərin çoxuna sahib olmuşdu.

Paytaxt Tehran üzrə birinci turda cəmi 5 namizəd kifayət qədər səs toplaya bilmişdi. Tehrandan 50 namizəd parlamentdə qalan 25 yer uğrunda bu gün mübarizə aparır.

Qeyd edək ki, Mahmud Əhmədinejadın rəqiblərinin ikinci turda da qalib gəlməsi onun 2013-cü ildə keçiriləcək prezident seçkisindən əvvəl mövqeyini zəiflədəcək. Ancaq siyasi şərhçi Həssan Ruyvaran İranın növbəti parlamentinin müxtəlif fraksiyalardan ibarət olacağına ümid etdiyini deyib.

anspress