Bu gün keçirilən imtahandan maraqlı görüntülər - Video

bu-gun-kecirilen-imtahandan-maraqli-goruntuler
Oxunma sayı: 4336

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. “Qafqazinfo” xəbər verir ki, imtahan Respublikanın 11 şəhərində aparılıb.

Bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıb. Bundan əlavə, imtahana köməkçi vasitələr, o cümlədən, mobil telefon gətirən, başqasının yerinə imtahana girmək istəyən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Ümumilikdə isə imtahanda 26 mindən çox abituriyent iştirak edib.

Məlumat üçün bildirək ki, imtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

“Qafqazinfo”nun fotoqrafı da bu gün imtahan keçirilən binada olub, abituriyent və onların valideynlərinin sevinc, həyəcan və göz yaşları ilə dolu anlarını kadra alıb:

Fotolar: Pərvin Zeynalov