Bu gün metro gecə 2-yə kimi işləyəcək

bu-gun-metro-gece-2-ye-kimi-isleyecek
Oxunma sayı: 641

IV İslam Oyunlarının bağlanış mərasimi ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də xüsusi hazırlıq tədbirləri görülüb.

“Qafqazinfo” xəbər verir ki, bunu AzVision.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. 

Onun sözlərinə görə, açılış mərasimində olduğu kimi bu gün də Bakı metrosu saat 2-yə kimi işləyəcək: “Açılışda ehtiyac olduğu üçün 02:40-a qədər işlədik. Əgər bu gün də ehtiyac olacaqsa, saat artırıla bilər”.

Qeyd edək ki, bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları yekunlaşır. Saat 20:00-da Bakı Olimpiya Stadionunda Oyunların rəsmi bağlanış mərasimi baş tutacaq.