Bu gün müxalifət paytaxtda iki aksiya keçirəcək

bu-gun-muxalifet-paytaxtda-iki-aksiya-kecirecek
Oxunma sayı: 635

Puşkin meydanında Həştərxanda keçirilən aclıq aksiyasına dəstək aksiyası, “Ostankino” televiziya mərkəzi yaxınlığında isə “Mətbuat azadlığı” adı altında mitinq keçiriləcək.

Rusiya mətbuatının verdiyi məlumatlara görə, Puşkin meydanında aksiya Moskva vaxtı ilə 12:00-da Dövlət Dumasının deputatı ilə görüş formatında keçiriləcək.

Ostankino gölməçəsinin yanında isə saat 14:00-da mitinq başlayacaq. “Yabloko” partiyasının təşkilatçılığı ilə keçirilən mitinq NTV telekanalının dağıdılmasının 11 illiyinə həsr ediləcək.

BBC