Bu gün “Neftçilər”in bayramıdır

bu-gun-neftcilerin-bayramidir
Oxunma sayı: 647

DSMF-nun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, neftçilərimizin əməyi yüksək dövlət qayğısı ilə əhatə edilib. Bu gün neftçilərimizə göstərilən dövlət qayğısının əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır. Belə ki, bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar. Hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 347 manatdır. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərdən artıqdır. Ötən illərdə olduğu kimi, 2012-ci ildə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçı olub. Cari ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığorta olunanlar üzrə ümumilikdə 88, 3 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.

Qeyd edək ki, 2001-ci ildən etibarən Heydər Əliyevin fərmanı ilə 20 sentyabr “Neftçilər günü” elan edilib və artıq 12 ildir ki, bu tarix Azərbaycanda “Neftçilər günü” kimi qeyd olunur.

Gülnar