Bu gün Nəsimi və Nərimanovda su olmayacaq

bu-gun-nesimi-ve-nerimanovda-su-olmayacaq
Oxunma sayı: 644

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, məhdudiyyətlərin yaranması əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərlə bağlıdır. Belə ki, Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava yaşayış massivində 600 mm-lik yeni magistral su xəttinin şəbəkəyə qoşulması işləri həyata keçirilir.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Nigar Məmmədli