Bu gün Orxan məhkəməyə çıxacaq

bu-gun-orxan-mehkemeye-cixacaq
Oxunma sayı: 693


 “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Zeynalovun işi üzrə məhkəmənin ilkin hazırlıq iclasına Moskva Şəhər Məhkəməsində baxılacaq. Qanuna uyğun olaraq ilkin dinlənilmə qapalı rejimdə keçiriləcək və prosessual məsələlər müzakirə ediləcək. 

Xatırladaq ki, ötən ilin oktyabrında Orxan Zeynalov münaqişə zəminində Moskva sakini 25 yaşlı Yeqor Şerbakovu bıçaqla ürəyindən vuraraq qətlə yetirib və hadisə yerindən qaçıb. Oktyabrın 13-ü isə Bryulov rayon sakinləri ayağa qalxaraq qatilin tapılıb cəzalandırılması tələbi ilə etiraz təşkil ediblər.  Qarşıdurma zamanı 400-ə yaxın rayon sakini saxlanılmışdı.