Poroşenko ilə Zelenskinin debatı bitdi - Diz çökdülər+Video

Poroşenko ilə Zelenskinin debatı bitdi
Oxunma sayı: 5939

Bu gün Ukraynada prezidentliyə namizədlər- hazırkı dövlət başçısı Petro Poroşenko ilə şoumen Vladimir Zelenskinin Kiyevdə “Olimpiya” stadionunda debatı olacaq.

“Qafqazinfo”nun “112 Ukraina” portalına istinadən xəbərinə görə, stadionda yerli vaxtla saat 16:00-da konsert olacaq. Debat isə saat 19:00-da baş tutacaq.

Məlumata görə, Kiyevin mərkəzində hərəkət məhdudlaşdırılıb, stadionun ətrafı polislər tərəfindən mühasirəyə alınıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları stadionun yerləşdiyi küçədə avtomobillərin dayanmasına icazə vermir. 

Futbol meydanının fərqli nöqtələrində darvaza əvəzinə iki lövhə qoyulub: biri Poroşenko, ikincisi isə Zelenski üçün.

***

"Rosbalt"ın məlumatına görə, debat Ukrayna himninin oxunması ilə başlayıb.

***

Poroşenko ilə Zelenskinin debatı başa çatıb. Onların hər ikisi Donbassdakı silahlı münaqişəni yada salaraq xalq qarşısında diz çöküb və son sözlərini deyiblər.

“Mən indi oğlu cəbhədən qayıtmayan anaların, atası cəbhədən qayıtmayan uşaqların, əri cəbhədən qayıtmayan qadınların qarşısında baş əyirəm”, - deyə Zelenski bildirib.

Poroşenko isə üzünü bayrağa çevirərək diz çöküb.

Prezidentliyə namizədlər debat zamanı bir-birlərinə qarşı qarşılıqlı ittihamlar da səsləndiriblər. Poroşenko Ukraynada baş verənlərdə birbaşa Rusiyanın və Vladimir Putinin, Zelenski isə Poroşenko və əhatəsinin günahkar olduğunu bildirib.

Debatı stadion tribunasından 22 min tamaşaçı izləyib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi