Bu gün saat 17:00-dək davam edəcək

bu-gun-saat-1700-dek-davam-edecek
Oxunma sayı: 1179

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 mart tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). İmtahana qeydiyyat bu gün saat 17:00-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. 

İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytından tanış ola bilərsiniz.