Bu gün səhnəyə çıxacaqdı, öldü

Bu gün səhnəyə çıxacaqdı, öldü
Oxunma sayı: 2543

“Soundgarden” və “Audioslave” qruplarının solisti, amerikalı musiqiçi Chris Cornell dünyasını dəyişib. 

“Qafqazinfo” Associated Press-ə istinadən xəbər verir ki, bu barədə onun köməkçisi Brian Bumbery məlumat yayıb. 

Bildirilib ki, məşhur rokçu anidən həyatını itirib.  52 yaşlı ulduz Miçiqan ştatındakı evində ölüb. 

Qeyd edək ki, o, bu gün “Rock the Range” festivalında çıxış edəcəkdi. 

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi