Bu gün Sumqayıta işıq fasilələrlə veriləcək

Bu gün Sumqayıta işıq fasilələrlə veriləcək
Oxunma sayı: 582

Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Qafqazinfo”ya "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasiləyə səbəb Sumqayıt Dəmiryolu İdarəsinin çəkilişini başladığı tuneldir:

"Sumqayıt Dəmiryolu İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərasidən elektrik xəttlərinin köçürülməsi həyata keçirilməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8-ci, 9-cu, 10-cu, 11-ci, 17-ci, 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Fasilə müxtəlif saatlarda ayrı-ayrı əraziıərdə 1 saata qədər davam edəcək".

"Azərişıq" ASC yaranacaq narahatlığa görə, abunəçilərdən üzr istəyir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi