Bu gün vəfat edən nazir müavini “Gün keçdi”də rol alıb - Video

bu-gun-vefat-eden-nazir-muavini-gun-kecdide-rol-alib
Oxunma sayı: 8622

Xəbər verdiyimiz kimi, Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib.

"Qafqazinfo" tanınmış jurnalist Xaqani Səfəroğlunun mərhum məmurla bağlı paylaşdığı maraqlı məlumatı təqdim edir:

"Onu efirlərdə və canlı heç görmədim. Adını isə bir maraqlı tarixə görə yadda saxlamışam. Abbas müəllim 60-cı illərdə Azərbaycanda yaranan ilk rok qrupu olan “Eskulap”da gitara ifa edib. 

Məşhur "Gün keçdi" filmindən fraqment.. Filmdə unudulmaz "Bir axşam taksidən.." mahnısının caz variantını 60-cı illərdə populyar olan "Eskulap" qrupu ifa edir.

Fotoda "Bitlz" qrupunun üzvlərinə oxşayan bu cazibədar bas -gitaraçı oğlan Abbas Vəlibəyovdur.

Allah rəhmət eləsin!"