Bu gün Vidadi İsgəndərlinin məhkəməsidir

bu-gun-vidadi-isgenderlinin-mehkemesidir
Oxunma sayı: 638

Bu barədə musavat.com-a Vidadi İsgəndərlinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Oqtay İsgəndərli məlumat verib. Apelyasiya şikayətinə hakim Qədəm Babayevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, V.İsgəndərli İctimai Palatanın 2 aprel mitinqinə görə 8 sutka, 17 aprel mitinqinə görə isə 15 sutka azadlıqdan məhrum edilmişdi. Mayın 2-də ona verilən 15 sutka həbs cəzasının müddəti bitəndə ona qarşı ittiham irəli sürülüb və barəsində Cinayət Məcəlləsinin 159.4.1 və 160.2.1-ci maddələri ilə cinayət işi başlanılıb. Həmin gün V.İsgəndərli barədə məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilimişdi. Sonradan ona qarşı 132-ci maddə ilə də cinayət işi başlanıb. Avqustun 27-də Göyçay Rayon Məhkəməsində hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə V.İsgəndərliyə hökm oxunub. O, 3 il azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları V.İsgəndərlinin siyasi baxışlarına görə həbs edildiyini bəyan edərək onun azadlığa buraxılmasını tələb edir. V.İsgəndərli və onun vəkilləri Göyçay Rayon Məhkəməsinin hökmünü siyasi sifarişlə çıxarıldığı üçün ədalətli saymayaraq hökmdən apelyasiya şikayəti verib. Qeyd edək ki, V.İsgəndərlinin vəkili Xalıq Bağırov Vəkillər Kollegiyasının qərarı ilə vəkillik fəaliyyətindən bir il müddətinə məhrum edilib.

musavat.com