Bu gün yağış yağacaq

bu-gun-yagis-yagacaq
Oxunma sayı: 647

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz: Yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, arabir güclənən giləvar küləyinin dekabrın 21-də axşam xəzri küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.