Bu gündən ali məktəblərin ixtisaslarına seçim başlayır

bu-gunden-ali-mekteblerin-ixtisaslarina-secim-baslayir
Oxunma sayı: 644

Trend-in məlumatına görə, bütün qruplar üzrə ixtisas seçimi avqustun 16-dək internet vasitəsilə aparılacaq.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupu üzrə 15-ə qədər ixtisas kodunu seçə bilər.

Tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.