Bu gündən hava pisləşir

bu-gunden-hava-pislesir
Oxunma sayı: 639

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumata görə, günün ikinci yarısından başlayaraq hava şəraitinin yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Fevralın 18-i axşamdan 21-dək hava şəraitinin Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi gözlənilir. Fevralın 19-20-də şimal küləyi 18-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir. Fevralın 19-dan 20-ə keçən gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.