“Bu gündən namizədlər İTV-də çıxış edəcək ”

bu-gunden-namizedler-itv-de-cixis-edecek-
Oxunma sayı: 1131

"Demokratik seçkini keçirmək üçün hüquqi baza və şəffaflıq yaradılmalıdır. Şəffaf seçkinin keçirilməsi üçün də birinci növbədə KİV-in rolu mütləqdir".

"Qafqazinfo" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərdə KİV- in rolu mövzusunda keçirilən seminarda deyib.

O qeyd edib ki, şəffaf seçki üçün digər vasitə isə veb-kameralardır: "Bütün baş verən prosesləri müşahidəçilər müşahidə edə bilir. Veb- kamera praktikası Azərbaycan prezidentinin təşəbbüsü olub . Bu gün də dünyada bu praktikadan istifadə edir. Bir daha qeyd edirəm ki,  proseslərin ictimaiyyətə düzgün çatdırılmasında əsas rolu  Kütləvi İnformasiya vasitələri oynayır. Dünyanın bütün ölkələrində də  seçkiyə müdaxilələr olur. Ona görə də Azərbaycan KİV nümayəndələri son 20 ildə kifayət qədər peşəkarlaşıblar. Kimin dost, kimin digər məqsədlə yaxınlaşmasını saf-çürük ediblər. Onlar bu günə qədər yaxşı fəaliyyət göstərərək hər zaman işinin öhdəsindən layiqincə  gəliblər. Daim KİV-lə birlikdəyəm, MSK olaraq Azərbaycan KİV-dən tam əminik.

Burada heç bir sirr yoxdur, hər zaman çalışmalıyıq ki, ölkədə idarəçilik sağlam qüvvələrin əlində olsun".

MSK sədri qeyd edib ki, bu gündən namizədlərin təbliğata başlayır: 

“Seçkidə artıq finiş xəttinə çatmışıq, bu gündən İctimai televiziyanın efirində namizədlərin çıxışları başlanılacaq. Namizədlərin arzuları nəzərə alınaraq radiodakı veriliş televiziyadan əvvəl keçiriləcək. Bununla bağlı qərar veriləcək. Təxminən müəyyən edəcəyik ki, debatlar radioda saat 19, televiziya saat 22 radələrində yayımlanacaq. Seçicilərin sayı 5 milyon 300 mindən çoxdur. Bura bütün Azərbaycan hüdudları və xarici ölkələrdə diplomatik nümayəndəliklərində qeydiyyatda olanların sayıdır. Seçkidə nəzarət məqsədilə  115 beynəlxalq müşahidəçi qeydə alınıb".

***

"Bəzən seçki ərəfəsində təbliğat üçün namizədlərin telekanallara ödədikləri vəsait, mal və xidmətlərin reklamı zamanı ödənilən vəsaitdən az olur. Telekanal rəhbərləri də çox zaman bundan şikayətlənirlər".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli "Seçkilərdə KİV-in rolu" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. MTRŞ sədri ödənişli təbliğat üçün heç bir telekanalda və digər sahələrdə problem olmadığını deyib: “Lakin bu təbliğat reklam qanunvericiliyinə uyğun olmalıdır. Telekanallar namizədlərdən birinin ölkə prezidenti olmasını nəzərə almalıdır. Hər bir telekanal Prezidentin fəaliyyətini işıqlandırarkən onun namizəd olduğunu nəzərə alaraq xüsusi həssaslıq göstərməlidir. Onu da qeyd edim ki, təbliğat zamanı efirdə xüsusi işarələr olacaq. Telekanala rəhbərlərindən təbiğat məsələsinə xüsusi həssaslıq göstərmələrini xahiş edirəm”.

N.Məhərrəmli onu da vurğulayıb ki, Milli Televiziya və Radio Şurasına hər hansı namizəd tərəfindən şikayət daxil olmayıb.

***

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar olaraq KİV-lərin monitorinqi aparılır: "Həmin monitorinq beynəlxalq təşkilatların müəyyən etdiyi qayda və prinsiplər əsasında aparılmalıdır. Monitorinq zamanı namizədlərlə bağlı məlumatların jurnalistlərin peşə davranış qaydaları ilə nə dərəcədə uyğun olmasına da diqqət ediləcək. Əvvəlki seçkilərdə olduğu kimi, aprelin 11-i prezident seçkiləri günündə də Mətbuat Şurasının telefonları "qaynar xətt" kimi fəaliyyət göstərəcək. Ortaya çıxacaq hər hansı məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla əlaqə saxlanılacaq və məsələ aydınlaşdırılacaq. Hazırda 15 qəzet, 10 informasiya agentliyinin monitorinqi aparılır

Günel Türksoy