Bu gündən seçkilərdə prezidentliyə namizədlər irəli sürülə bilər

Bu gündən seçkilərdə prezidentliyə namizədlər irəli sürülə bilər
Oxunma sayı: 1760

Azərbaycanda bu gündən – fevralın 7-dən növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər irəli sürülə bilər. 

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Seçki Məcəlləsinə əsasən seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra  aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları prezidentliyə namizədləri irəli sürə bilərlər. 

Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi barədə qərar bu gün rəsmi dərc olunub. Seçki Məcəlləsinə əsasən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək dövrü əhatə etməlidir. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri üçün bu müddət 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi