Bu gündən tətil başladı...

bu-gunden-tetil-basladi
Oxunma sayı: 1756

Bu gün bütün müsəlman dünyasında Ramazan bayramı qeyd olunur. 

“Qafqazinfo” xəbər verir ki, bayram münasibətilə iyunun 15-dən Azərbaycanda 5 günlük tətil başlayır.

Nazirlər Kabinetinin qərarı ilə ümumilikdə 5 günlük müəyyənləşən qeyri-iş günləri iyunun 19-da bitəcək. 

Qeyd edək ki, tətil günləri Milli Qurtuluş Günü, Ramazan Bayramı və şənbə və bazar günləri olmaqla hesablanıb.