“Bu hadisə söz azadlığını prinsiplərinə ziddir” – Bəyanat

bu-hadise-soz-azadligini-prinsiplerine-ziddir-beyanat
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, ATQB sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Fransa "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun qəbul etməklə söz azadlığı və demokratiya kimi dəyərlərə qarşı çıxır. ATQB-nin adından verilən bəyanatda deyilir: “Fransa belə addım atmaqla obyektivlik və ədalət prinsipindən nə qədər uzaq olduğunu, türklərə qarşı qərəzli mövqedə durduğunu bir daha sübut edib. Bu qanunun qəbulu ilə Fransa Dağlıq Qarabağ probleminin həllində hansı mövqedən çıxış etdiyini, ATƏT-in Minsk Qrupunun həmsədri kimi açıq şəkildə Ermənistanı dəstəklədiyini bir daha göstərib. Azərbaycan dövləti Fransanın vasitəçilik missiyasından imtina etməli, onun ATƏT-in Minsk Qrupundan və həmsədrlikdən uzaqlaşdırılmasını təmin etməlidir. Bu qanun inkvizisiya sisteminin qayıtmasına yol verir. Bu hadisə söz azadlığını prinsiplərinə ziddir. Fransanın yalançı tarixin qalasına çevrilməsinə yol verməyin! Fransa yalançı tarixə qahmar çıxmaqdansa öz tarixinə diqqət yetirib, Əlcəzairdə və digər Afrika ölkələrində törətdiyi soyqırımlara baxsın”.