“Bu, hakimiyyətin xeyrinə olmaz”

bu-hakimiyyetin-xeyrine-olmaz
Oxunma sayı: 644

Müraciətdə “Təbriz” və “Nərimanov” kinoteatrlarından birinin qarşısında saat 16.00-dan 18.00-a qədər mitinq keçirmək istənildiyi bildirilib. Müraciətə münasibət bildirən Koordinasiya Şurasının üzvü Aqil Səmdəbəyli “Qafqazinfo”ya söyləyib ki, mitinqin şəhərin mərkəzində keçirilməsini ona görə tələb edirik ki, insanlar üçün mitinqə gəlmək və iştirak etmək rahat olsun: “İcra Hakimiyyətinə müraciət olunub və biz cavab gözləyirik. Mitinqin keçirilməsinə icazə verilməsə bu Azərbaycan hakimiyyətinin xeyrinə olmaz”.

O, qeyd edib ki, icazəsiz mitinq keçirmək gündəmdə deyil: “Bizə başqa yerlər təklif edilərsə, müzakirə olunacaq”.


Sədan