“Bu hekayənin bənzəri yoxdur” - “Oskara”a ən güclü namizəd

bu-hekayenin-benzeri-yoxdur
Oxunma sayı: 3712

“Oskar”da “xarici dildə ən yaxşı film” kateqoriyasına namizəd olan “Ayla” filminin baş prodüseri Mustafa Uslu açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, o, mükafatlandırma mərasimində qalib olacaqlarını söyləyib. M. Uslu deyib ki, “Oskar”ın “Ayla” kimi bir filmə ehtiyacı var:

“Yüzdə yüz böyük bir fərqlə “Oskar”ı alacağımıza inanıram. Hansı qurum, komitə, həyat bu filmi görməzlikdən gələ bilər? Bu hekayənin dünyada bənzəri yoxdur. “Ayla”nın “Oskar”a ehtiyacı yoxdur. Amma “Oskar”ın “Ayla” kimi bir hekayəyə ehtiyacı var. Serial formatında film çəkib ortaya qoydular. Rejissoru, aktyoru, hətta kameraları belə eynidir.

Təssüf ki, türk xalqı başqa seçimi olmadığı üçün bunları izləmək məcburiyyətində qalır. ərsəyə gələn filmlərlə tamaşaçıları yatızdırdılar. “Ayla” Türkiyə film tarixində bir dövr açdı”. 

Xatırladaq ki, film 1950-ci ildə baş verən Koreya müharibəsindən bəhs edir. Ekran işində İsmail Hacıoğlu, Kim Seol, Çetin Tekindor, Çetin Tekindor, Lee Kyung-Jin, Ali Atay, Murat Yıldırım və Sinem Uslu rol alıb. 

Bu məqamda qeyd edək ki, kinonun oktyabr ayında “youtube”də rəsmi fraqmanı yayımlanıb.  Həmin görüntüləri 6 milyondan çox insan izləyib.