“Bu həm AMEA-ya gəlir gətirəcək…” - Akif Əlizadə

bu-hem-amea-ya-gelir-getirecek-
Oxunma sayı: 959



Akif Əlizadə bildirib ki, bu çox sayılı tələbələr olmayacaq: 

“Elə olmalıdır ki, o tələbələr laboratoriyalarda çalışsınlar. Bu laboratoriyada işləyərkən elmlə vəhdət yaranır. Ola bilər ki, bəzilərində həvəs yaranmasın. Qurtarıb getsinlər. Amma biz ümid edirik ki, orada elə gənclər olacaq ki, həvəslə işləyəcəklər”.

Akif Əlizadə eyni zamanda doktoranturaya qəbulla bağlı suallara da cavab verib. O qeyd edib ki, sifariş verərək müvafiq olaraq rəqəmi aşağı salmışıq. O, bunun ənənəvi şəkildə olacağını deyib. 

O, eyni zamanda bəzi institutlarda direktor vəzifəsinin müsabiqə yolu ilə baş tutacağını qeyd edib:

“Düzdür, hazırda bir çox institut rəhbərləri müvəqqəti təyin olunan şəxslərdir. Bu baxımdan direktorların seçilməsinə ehtiyac var. Seçkiləri payızda aparacağıq”. 


***

Ötən il doktoranturaya qəbul planı dolmayıb. “Qafqazinfo” xəbər verir ki, bu sözləri mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O bildirib ki, bu il keçiriləcək qəbul da ənənəvi şəkildə həyata keçiriləcək və qəbul müsabiqə şəklində olacaq.  

Akif Əlizadə elmin istehsalatda tətbiqi ilə bağlı da danışıb: “Bizneslə elmin əlaqəsi innovativ olmalıdır. Bunu əlaqələndirə bilsək, uğur əldə edəcəyik. Artıq bununla bağlı – elmin istehsalatda tətbiqinə dair addımlar atırıq. İstəyirik ki, elmimiz biznesdə - istehsalata tətbiq edilsin. Bu həm AMEA-ya gəlir gətirəcək, həm də elmin inkişafına təkan verəcək”.

***

Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasında Neft İnstitutu yaradılacağını da qeyd edib: “Azərbaycan neft diyarıdır, belə bir institut olmalıdır. Hazırda bu məsələyə Prezident Administrasiyasında baxılır. Azərbaycanda müasir Xəzər Mərkəzi də yaradılır. Prezident İlham Əliyev bununla bağlı sərəncam verib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AMEA hazırda bu Mərkəzin yaradılması ilə məşğuldur”. 

Akif Əlizadə AMEA-da şərqşünaslıq istiqamətində fəaliyyət göstərəcək qurumun yaradılması niyyətinin olduğunu da qeyd edib.

Akif Əlizadə bu yaxınlarda akademiyanın institutlarına boş direktor yerlərinə müsabiqə barədə elan veriləcəyini bildirib: “İnstitutlara bacarıqlı alimlər rəhbərlik edəcək”.

Günel