“Bu, hər bir azərbaycanlı tərəfindən qiymətləndirilməlidir” - Əli Əhmədov

bu-her-bir-azerbaycanli-terefinden-qiymetlendirilmelidir-eli-ehmedov
Oxunma sayı: 1001

“Azərbaycanın qəhrəman övladları sovet rus ordusu tərəfindən qətlə yetirilib”.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Şəhidlər Xiyabanın ziyarət edən baş nazirin müavini Əli Əhmədov deyib.

“Lakin eyni zamanda bu, qəhrəmanlıq tarixidir, Azərbaycanın müstəqillik tarixinin çox parlaq səhifəsindən biridir. Hər dəfə Azərbaycan xalqı bura gələrkən müstəqillik uğrunda canını fəda etmiş insanlara ehtiram və hörmət göstərir. Ona görə də mən hesab edirəm ki, bu, bizim müstəqilliyimiz tarixinin çox şərəfli səhifəsi kimi hər bir azərbaycanlı tərəfindən qiymətləndirilməlidir”, - deyə Ə. Əhmədov qeyd edib.