“Bu, hər hansı məmurdan asılı olmamalıdır”

“Bu, hər hansı məmurdan asılı olmamalıdır”
Oxunma sayı: 796

"Ağacı kəsib onu maşına yükləyib gizli şəkildə gətirən şəbəkə üzvləri elə sıravi vətəndaşlardır". 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov deyib. 

O bildirib ki, təbiəti qorumaq tək hüquq mühafizə orqanlarından, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və ya hər hansı bir məmurdan asılı olmamalıdır: "İş adamları da şüurlu düşünməli və yaşıllıq olan ərazilərdə iş görməməlidir. Nazirlik bu kimi qanunsuz halların qarşısını öz səlahiyyətləri çərçivəsində alır. Aşkar olunan faktları törədən şəxslərin kimliyi məlum olmayanda bu məsələ polis orqanlarına təqdim olunur. Onlar da tədqiqat apararaq günahkarı tapıb cəzalandırırlar. Son 2 ildə təbiətə vurulan ziyanlarla bağlı əhəmiyyətli dərəcədə sərt cəzalar verilməyə başlanılıb".

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi