“Bu hökm ölkəmizin imicinə zərbə vurur” – Bəyanat

bu-hokm-olkemizin-imicine-zerbe-vurur-beyanat
Oxunma sayı: 662

Bəyanatda deyilir: “Ümid Partiyası Səbail rayon məhkəməsinin hökmünü ədalətsiz və siyasi sifariş əsasında çıxarılan hökm hesab edir. Bu hökm insanların sərbəst toplaşmaq, ifadə azadlıqlarını, demokratik və düzgün idarəçilik istəklərini boğmağa yönələn siyasi qərardır, ölkəmizdə ədalətli məhkəmə sistemi ilə bağlı hələ də böyük problemlərin olduğunun göstəricisidir.
Bü hökm Azərbaycanda siyasi məhbusların sayının artirılmasına xidmət edən, ölkəmizin beynəlxalq imicinə zərər vuran növbəti yanlış addımdır.
Ümid Partiyası müstəqilliynin 20 ilini qeyd edən ölkəmizdə Konustitusiyanın vətəndaşlara verdiyi hüquqların məhdudlaşdırılmasından, qanunun aliliyinin qorunmamasından və ölkəmizdə siyasi məhbusların sayının artmasından təssüfləndiyini bildirir. Hakimiyyət orqanlarını 2 aprel mitinqində həbs olunanların apellyasiya şikayətlərinin Azərbaycanın Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun şəkildə baxılmasını təmin edib, həbs olunanları azad etməyə çağırır”.