“Bu ifadə İslamı parçalamaq üçündür” - Ərdoğandan vəliəhdə sərt cavab

bu-ifade-islami-parcalamaq-ucundur
Oxunma sayı: 4283

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, “mülayim İslama dönürük” deyən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı tənqid edib.

“Qafqazinfo” Sputnik-ə istinadən xəbər verir ki, bu ifadənin İslamı parçalamaq üçün dilə gətirildiyini bildirib və insanları onlara uymamağa çağırıb:

“Bir ara Qərbdə belə ifadə ortaya atılmışdı – “Mülayim İslam”. Maraqlıdır ki, nə oldusa bu ifadə yenidən gündəmə gəldi. Əvvəl də söyləmişdim, indi də təkrar edirəm. İslamın mülayimsizi, mülayimlisi yoxdur. Bizim dinimiz müqəddəs kitabımız Quranda ifadə olunan dindir. Mülayim İslam ifadəsi Qərbdə ortaya atılıb”.