Bu il 119 jurnalist iş başında həlak olub

bu-il-119-jurnalist-is-basinda-helak-olub
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, bu il vəzifələrini icra edən zaman ölən jurnalistlərin sayı 119 nəfər olub.

2012-ci ildə jurnalistlər üçün ən təhlükəli ölkə Suriya seçilib. Hökumət gücləri ilə müxalifətçilər arasında gedən döyüşlərdə 36 reportyor və digər KİV nümayəndələri öldürülüblər.

İnstitutunun rəyinə görə, bu jurnalistlərin əksəriyyəti informasiyanın yayılmasının qarşısını almaq məqsədilə qəsdən öldürülüblər.

Jurnalistlər arasında ikinci ən çox ölüm hallarının müşahidə olunduğu ölkə Somali olub. Bu il orada 16 reportyor öldürülüb. Ən təhlükəli region isə Yaxın Şərq və Afrika seçilib. KİV nümayəndələri üçün ən təhlükəli ölkələr isə Meksika, Pakistan və Filippin olub. Rusiya və MDB ölkələri bu siyahıda yoxdur.