Bu il 1500 qaçqın Aralıq dənizində boğulub

bu-il-1500-qacqin-araliq-denizinde-bogulub
Oxunma sayı: 673

Bu ilin ilk 7 ayı ərzində Aralıq dənizi vasitəsilə digər ölkələrə qaçmağa cəhd edən 1500 qaçqın boğulub.

“Qafqazinfo” T24-ə istinadən xəbər verir ki, sadəcə iyun və iyul aylarında 850 nəfər Aralıq dənizində dünyasını dəyişib.

BMT dəniz sahili ölkələrə çağırış edərək qeyri-qanuni keçidlərin qarşısını almaqlarını istəyib.

Məlumata görə, ötən il 120 min, bu il isə 60 min nəfər bu marşrutdan istifadə edib. Qaçqınların ötən il ən çox qaçdığı ölkə İtaliya, bu il isə İspaniya olub.