Bu il 3 yeni “iPhone” təqdim ediləcək

Bu il 3 yeni “iPhone” təqdim ediləcək
Oxunma sayı: 1645

ABŞ-ın “Apple” şirkəti bu ilin sonunda üç yeni “iPhone” modelinin buraxılışını planlaşdırır.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata əsasən, modellərdən biri indiyədək buraxılan ən böyük ekranlı iPhone olacaq. Onun ekranının ölçüsü  6,5 düym təşkil edəcək.

 Smartfonlar iOS12 əməliyyat sistemi ilə təqdim olunacaq.

İkinci smartfon ötən il buraxılan "iPhone X" modelinin yenilənmiş versiyası olacaq, üçüncü model isə qiymətinə görə daha ucuz smartfon olacaq.

"Apple" şirkətinin nümayəndəsi bu məsələni şərh etməkdən imtina edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi