“Bu il 38 nəfər vəzifəsindən azad olunub” - Ramil Usubov

“Bu il 38 nəfər vəzifəsindən azad olunub”
Oxunma sayı: 1636

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan Avropa Şurasının İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin üzvü Giorgi Tuquşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nazir bildirib ki, şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdırılaraq müvafiq tədbirlər görülür. Bu ilin ötən dövründə insan və vətəndaş hüquqlarının pozulması faktlarına görə 341 əməkdaş cəzalandırılıb, o cümlədən 20 nəfər xidmətdən xaric edilib, 38 nəfər tutduğu vəzifədən azad olunub, 283 əməkdaşa digər intizam tənbehləri verilib.

Giorgi Tuquşi rəhbərlik etdiyi qurumun müxtəlif vaxtlarda keçirdiyi monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqların bir hissəsinin aradan qaldırılmasını, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına Nazirliyin rəhbərliyinin hər zaman prinsipial mövqedən yanaşmasını qeyd etməklə bərabər, ərazi polis orqanlarına gətirilən şəxslərin saxlanılması ilə bağlı bəzi nöqsanların hələ də mövcudluğunu xatırladıb, qarşılıqlı faydalı əməkdaşlığın müsbət nəticəsi kimi onların da qısa müddətdə öz həllini tapacağına ümidvar olduğunu bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi