Bu il 54 nəfər dəm qazından ölüb

bu-il-54-nefer-dem-qazindan-olub
Oxunma sayı: 646

O qeyd edib ki, 2011 və 2012-ci illərdə ölkənin 20-yə yaxın səhiyyə müəssisəsində yanğın hadisələri baş verib və bu hallar onları narahat edir. "Bizi narahat edən digər ciddi bir problem son illər bəlaya çevrilən dəm qazından insanların zəhərlənməsidir. Xidməti sahəmizə aid olmasa da, qeyri-standart su qızdırıcılarının, isitmə qurğularının istismarı zamanı yaranan yanğın təhlükəsi ilə yanaşı, insan həyatı üçün real təhlükə mənbəyi olan bu avadanlıqlara qarşı daim qabaqlayıcı tədbirlərimizi həyata keçiririk", - Hüseynov deyib.

Xidmət rəisi təəssüflə bildirib ki, müasir texnologiyaların ölkədə tətbiqinə baxmayaraq, bir sıra kənd və qəsəbə müalicə ocaqlarında qaz avadanlıqlarından istifadə qaydalarının pozulması hallarına rast gəlinir. Bu da səhiyyə obyektləri üçün yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ziddir.
Hüseynov tibb işçilərinə çağırış edərək bildirib ki, hər bir tibb işçisi, texniki əməkdaşlar yanğın zamanı zəruri hərəkətləri bilməlidir.
Onun sözlərinə görə, həmçinin bayram şənlikləri, kinoseanslar, tamaşalar, konsert və digər kütləvi tədbirlərin təşkili zamanı yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir.

Hüseynov deyib ki, bütün səhiyyə və digər sosial müəssisələrdə müvafiq normalara uyğun sayda ilkin yanğınsöndürmə vasitələri olmalıdır.
Azərbaycanda 2012-ci ilin ötən dövrü ərzində yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərini pozduqlarına görə 3762 fiziki, 4247 vəzifəli, 374 hüquqi şəxs barəsində protokol tərtib edilib, bütövlükdə 8383 nəfər inzibati məsuliyyətə cəlb olunub. Yanğın təhlükəsizliyi qaydalarını pozanlar ümumilikdə 346 min manat cərimə olunub.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğına qarşı tələbləri yerinə yetirmədiyinə görə 500-ə yaxın obyektin istismarı dayandırılıb.
Hüseynov təmsil etdiyi qurum tərəfindən müalicə müəssisələrində mütəmadi gecə yoxlamalarının keçirildiyini də qeyd edib.