Bu il ana olmaq istəyir - Fotolar

bu-il-ana-olmaq-isteyir
Oxunma sayı: 3600

İki illik sevgilisi Tuna Aksudan bir neçə ay bundan əvvəl ayrılan Burcu Esmersoy evlənmək istəyir.

Qafqazinfo” xəbər verir ki, teleaparıcı bu barədə Bloomberg HT-yə müsahibə verərkən deyib.

Esmersoy kiçik yaşında anası ilə atasının boşandığını, bu il ana olmaq istədiyini söyləyib:

“İllərdir ki, dayanmadan çalışıram. Həyatımı biriylə birləşdirmək istəyirəm. Övladım olsa, onu dayələrin ixtiyarına vermək istəmirəm. Övladıma özüm baxmaq arzusundayam. İnandığım və güvəndiyim biri yoxdur, amma bu il evlənmək istəyirəm. Boşanacağımı düşünmədən bir evlilik xəyal edirəm. Eşq qapımı döyməyib. Özümü həyatın axarına buraxmışam”.

Burcu Esmersoy 2005-ci ildə italiyalı Massimo Cusimano evlənib və 2008-ci ildə boşanıb.