Bu il Azərbaycana avtomobil idxalı 2,4 dəfə artıb

Bu il Azərbaycana avtomobil idxalı 2,4 dəfə artıb
Oxunma sayı: 402

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 3 506 ədəd avtomobil idxal olunub.
 
“Qafqazinfo” Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2 075 ədəd avtomobil və ya 2,45 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 19 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 158 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 316 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 13 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi