Bu il Azərbaycanda 22,5 milyon ton neft çıxarılıb

Bu il Azərbaycanda 22,5 milyon ton neft çıxarılıb
Oxunma sayı: 1237

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 22 milyon 566,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 16 milyard 946,9 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmin 10 milyard 475,3 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.

"Qafqazinfo" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yeddi ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 20,2 milyard manat olmaqla əvvəlki ilin yanvar-iyul aylarına nisbətən 0,8 faiz azalıb.

Ölkədə neft istehsalı 0,3 faiz artıb, qaz hasilatı isə 3,6 faiz azalıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi