Bu il Azərbaycanda 29 mindən çox adam vəfat edib

bu-il-azerbaycanda-29-minden-cox-adam-vefat-edib
Oxunma sayı: 1880

2018-ci ilin birinci yarısında Azərbaycanda 29 292 ölüm halı qeydə alınıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 6,0-a qədər azalıb.

Qeyd edək ki, göstəricilərə əsasən ölüm halları arasında qan dövranı sistemi xəstəlikləri çoxluq təşkil edir.

Daha sonra ölümə səbəb olan əsas hallar yenitörəmələr, tənəffüs sistemi xəstəlikləri, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri göstərilir.