Bu il Bakıda 4 “DOST” mərkəzi yaradılacaq

Bu il Bakıda 4 “DOST” mərkəzi yaradılacaq
Oxunma sayı: 775

Yaxın zamanda Bakının Yasamal rayonunda və il ərzində daha 3 mərkəz olmaqla ümumilikdə 4 “DOST” mərkəzi fəaliyyət göstərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

O qeyd edib ki, pensiya, ünvanlı yardım, əlillik və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron sistemlərin tətbiqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına qoyduğu əsas vəzifələrdir:

“Bu vəzifələrə uyğun olaraq, sosial müdafiə sisteminin inkişafına və mənfi halların aradan qaldırılmasına xidmət edən geniş islahatlar paketi hazırlanıb və Sizin dəstəyinizlə icra olunur”.

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və “DOST” mərkəzləri haqqında danışan nazir bildirib ki, layihənin hüquqi və institusional işləri artıq başa çatıb:

““DOST” mərkəzlərində birbaşa, telefon və internetlə, səyyar və tam avtomatlaşdırılmış qaydada 124 xidmət göstəriləcəkdir. Tezliklə Yasamal rayonunda ilk “DOST” mərkəzinin açılması, cari ildə Bakıda daha 3 mərkəzin yaradılması nəzərdə tutulur”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi